Texnologiya, ZZ-Manşet

1 terabaytlıq ilk SD yaddaş kartı təqdim edilib

vergvrtb_30020-25 sentyabr tarixlərində Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.

GSR.fm-in ICTnews-a istinadən verdiyi məlumata görə,  “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.

“Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik” – “Stargate Studios” şirkətinin direktoru və Amerika Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson deyib.

Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.