İqtisadiyyat, ZZ-Manşet

2020-dən qeyri-neft gəlirlərilə yaşayacağıq

Neft Fondu_0Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 370,6 milyon manat nəzərdə tutulur ki (neftin bir barrelinin ixrac qiyməti 40 ABŞ dolları), bu da 2016-cı illə müqayisədə 4 milyard 889,1 milyon manat və ya 2,4 dəfə çoxdur.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, bu, 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.

Qeyd olunan məbləğin 7 milyard 550,7 milyon manatı və ya 90,2 faizi mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 milyard 951,3 milyon manat təşkil edəcəkdir ki, bu da 2016-cı illə müqayisədə 3 milyard 685 milyon manat və ya 34,6 faiz azdır.

Fondun xərclərinin 6100,0 mln. manatı və ya 87,8 faizi dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycan Respublikasının iştirak payı), 29,3 mln. manatı və ya 0,4 faizi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları”nın maliyyələşdirilməsinə yönəldiləcəkdir.

2020-DƏ BÜDCƏ ARDNF-SİZ HESABALANACAQ

Layihədə deyilir ki, ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaqdır. Ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcəkdir. Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.