Sosial, Xəbərlər, ZZ-Manşet

5 dövlət qurumunun hüquqi statusu dəyişdirilib

ilham serencam2

Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxslər olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.