Aktual

6 yaşlı qızın Füzuli arzusu

Qulu Qasımoğlu:

 Altı il müharibədə olmuşam. Müharibədə mənim əsgər yoldaşlarım çox olub, onların yarıdan çoxu rəhmətə gedib. Orada basdırılan da olub, burada basdırılan da olubdu. Nəbilim çətindi, mənim üçün çox çətindi…

Füzuli rayonundan məcburi  köçgün olan Quliyevlər ailəsi ilə söhbət zamanı Sevil xanım bizə Füzulidə ermənilərin insanların başına açdığı facilər haqqında ürək yanğısı ilə danışdı.

Sevil Quliyeva:

Bəs atıblar vayenkomata düşüb, nəbilim qrat düşüb, nə düşüb bilmirəm,  neçə nəfər hamısı deyir yoldaşım danışırdı ki, adamların tikələri parça-parça belə vayenkomatın qapısına, dəmir darvazanın divarına yapışmışdı belə.

Füzulisiz həyatında məna görmədiyini bildirən Qulu dayı bu barədə bunları dedi:

Qulu dayı:

Mən Füzulidən axrıncı dəfə  93 –də müharibədən  sonra çıxanda bizdə  bir qadın var idi. Ayağımı söykədim belə durdum ağladım dedi niyə ağlayırsan? Dedim mənim torpağım yoxdusa deməli, mən də yoxam. O adam deməli aradan bir-iki ay keçəndən sonra Bəhrəmtəpədə məni gördü, oturdu ağladı dedi mənə indi çatır.

Qulu dayı Füzulidən sonrakı həyatının heç də yaxşı keçmədiyini deyir:

Qulu dayı :

Füzuli məcburi köçkünü Qulu Qasımoğlu və ailəsi
Füzuli məcburi köçkünü Qulu Qasımoğlu və ailəsi

Mən oradan bura gələndə 5 nəfər idim. İndi olmuşam 15 nəfər. Hələ şükür Allaha ki, indi bizim azdan-çoxdan qazımız, işığımız pulsuzdu. Yoxsa heç bizim dolanışığımız da olmaz. Heç cürə.

Yatmağa yerimiz də yoxdu, indi baxırsız görürsüz. Adam bir il qalar pis vəziyyətdə, iki il qalar, üç il, 20 ildi qalmışıq çöllərdə yatmağa yerimiz yox.

Lakin bütün bunlara baxmayaraq müsahiblərimiz  Sevil xala və Qulu dayı doğma torpaqlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Hətta Sevil xala bu xəbəri eşidəcəyi gün Füzuliyə gedib çatana qədər həyəcandan ürəyinin dözməyəcəyini deyir.

Sevil xala :

Heçnə istəmirəm həyatda, heçnə istəmirəm elə qismət olsun qismət olsun gedim oraları görüm ondan sonra Allah bilən məsləhətdir. Təki görüm, təki qayıdaq, təki gedək heçnə eləməsinlər. Bax belə düzləsinlər torpaq versinlər. Gedim bax ordan bir dənə, gərək vacibdiki mənim on dənə otağım olsun? Bir dənə belə otaq qurum onun içində bilim ki, mən öz həyətimə çıxıram, uşağım öz həyətimə çıxır.

Qulu dayı :

Mənim nəyimə lazımdı  quru  asvaltda oturum burada, gedim-gəlim. Elə oturub təmiz hava da  alaram, yaşıyaram da orada . Bu saat getmək istəyirəm,nəinki onda. Bu saat getmək istəyirəm. Yoldaşım deyirki xəstəsən,mən getməyəcəm uşaqlardan mən aryrıla bilmərəm. Deyirəm sən qal burda, özün bilərsən.

Qulu dayı onu narahat edən bir məsələ barədə də danışdı:

Qulu dayı :

Mənim uşaqlarım, nəvələrim var. Burada doğulublar. Məsəl üçün onların təsəvvürü yoxdu ki, Füzuli nətər olan yerdi, necə olan yerdi.

Müsahibimiz Füzulini və ümumilikdə Qarabağı gənc nəslin yaddaşlarıda daim yaşatmaq üçün imkan daxilində əlindən gələni etdiyini deyir.

Qulu dayı :

Mən dəfələrlə bura təşkilatdan gəlirdi tapşırırdım ki, belə-belə gətirin, bu binanın qabağına bir dənə heç olmasa ora bir şəkil yapışdırın. Bir ordan bir uşaq əlini uzatsın ora ki, bura Qarabağdı-Qarabağ bir əlini uzatsın. Onu deyəndə hamısı qaçırdı ki, sən bunu niyə deyirsən..

Qulu dayının altı yaşlı nəvəsi Xədicə Bakıda doğulub. O, Füzulini görməyib. Elə buna görə də Füzulini ancaq valideyinlərinin, babasının və nənəsinin danışdıqlarından  yadında qaldığı qədər təsəvvür edə bilir.

Baba sənə nə danışır, nənə sənə nə danışır Füzulidən?

– Nəbilim yadımda qalmayıb, hər şey danışırlar.

Füzuliyə getmək istəyirsən,Xədicə?

– Hə.

Niyə istəyirsən ora getmək?

– Görmək istəyirəm.

Füzuli alınsa qayıdıb orda yaşayarsan?

– Füzulini ermənilər alıbsa mən orda necə yaşaya bilərəm,yaşaya bilmərəm.

Niyə?

– Yenə alsalar mən getmərəm.

Ermənilər desə ki, yaxşı Xədicə sənə icazə veririk birdənə sən gəl Füzuliyə. Gedib neynəyərsən orda?

– Ermənilər orda olsa mən orda yaşayanmaram

 

 

 

 

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.