Siyasət, ZZ-Manşet

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

abs-570x360Rəsmi Vaşinqton çox böyük ehtimalla gələn həftə Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirəcək.

GSR.fm-in  APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın yeni sanksiyaları Rusiyanın bank sistemi, həmçinin, hərbi və enerji sektorlarında fəaliyyət göstərən şirkətlərə şamil ediləcək.

Bununla belə, Rəsmi Vaşinqton qərarlarını Avropa Birliyi ilə əlaqələndirdiyini vurğulayır.

Məlum olduğu kimi, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar paketini artıq təqdim edib. Məsələyə gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək Avropa Birliyinin səfirlər səviyyəsindəki görüşündə baxılacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.