“Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu ölkənin ən vacib sənədidir”.
GSR.fm APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: “Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır”.
Qeyd edək ki, bu il sentyabrın 26-da Azərbaycanda Konstitusiya Aktına əlavə və dəyişiklikllə bağlı referendum keçiriləcək.