İnternet təhlükəsizlik problemləri ilə məşğul olan ABŞ-ın “CrowdStrike” özəl şirkəti Çin hərbçilərini genişmiqyaslı haker əməliyyatları keçirməkdə ittiham edib. Hədəf ABŞ-ın peyk və hava-kosmik proqramı olub.
GSR.fm-in “ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi xəbərə görə, bazar ertəsi “CrowdStrike” şirkətinin dərc etdiyi hesabata əsasən, Çin Xalq-xilaskar ordusunun Şanxayda yerləşən hərbi hissələrindən biri 2007-ci ildən etibarən ABŞ Müdafiə Nazirliyinin dövlət idarələri və podratçılarına qarşı haker hücumları həyata keçirib.
Analitiklərin məlumatına görə, kosmik və hava-kosmik sahələri, həmçinin informasiya texnologiyaları sahəsi Çin hakerlərinin hədəfi olub. Kibercasusluq üçün məşhur ofis proqramlarından (məsələn, Adobe Reader və Microsoft Office) istifadə olunub. Nəticədə istifadəçilərin kompüterlərinə haker proqramları quraşdırılıb.