Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
GSR.fm-in Qol.az-a istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 34 və 35-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqanın 34-cü turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqanın 34-cü turunun “Kəpəz” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXXV turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqanın 35-ci turunun “Rəvan” – “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 25-ci dəqiqəsində “Qarabağ” klubunun 4 nömrəli futbolçusu Eltun Yaqublu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.