Texnologiya, ZZ-Manşet

Afrikalılar pulsuz internetlə təmin olunub

mark-zuckerberg1Facebook-un yaradıcısı Mark Zukerberq 3 milyon insanı pulsuz internetlə təmin edib.

GSR.fm-in Anspress-ə istinadən verdiyi xəbərə görə, bu barədə Zukerberq öz səhifəsində yazıb. O qeyd edib ki, bir il bundan əvvəl qurduğu internet.org portalı vasitəsi ilə indi hamıya pulsuz internet çatdırmaq mümkündür. Zukerberq fikrincə, hər bir şəxs pulsuz internetə çıxış əldə etməlidir:

“Ötən il ərzində biz bu məqsədə çatmaq üçün bütün dünyada mobil rabitə operatorları ilə əməkdaşlıq etdik. Biz bu perspektivin reallığa çevrildiyini görmək istəyirik və biz artıq 3 milyon insana pulsuz internet xidməti göstəririk. Mən bu gün Zambiyada internet.org portalının fəaliyyətə başlanmasını elan etdiyim üçün çox həyəcanlıyam. İndi Zambiyada insanların yalnız 15%-nin internetə çıxışı var. Tezliklə, burada hər kəs Facebook vasitəsi ilə sevdikləri insanlarla əlaqə saxlamaq, iş yeri tapmaq və s. üçün pulsuz internetdən istifadə edə biləcəklər”.

O bildirib ki, bu, irəliyə atılan böyük bir addımdır və Facebook internet.org-un missiyasına nail olacaq: “Biz tezliklə digər ölkələri də pulsuz internet xidmətləri ilə təmin edəcyik və bunu səbirsizliklə gözləyirik”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.