Texnologiya, ZZ-Manşet

“Ağıllı” ayaqqabının satışına başlanacaq

ayaqqabi2Hindistanın “Ducere Technologies” startapı sentyabrda “ağıllı” “Lechal” ayaqqabısının satışlarına başlayacaq. Bu ayaqqabı onun sahibinə əvvəlcədən seçilmiş marşrut üzrə harada və nə zaman dönmək lazım gəldiyini bildirəcək.

Belə ayaqqabının düzgün işləməsi üçün smartfon lazımdır, cihazla əlaqə “Bluetooth” modulu vasitəsi ilə həyata keçirilir. Güman edilir ki, “Lechal” smart ayaqqabısı ilk növbədə gözdən əlil və idmançılar üçün nəzərdə tutulub.

Gsr.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, bu ayaqqabının qiyməti təxminən 150 dollar təşkil edəcək, şirkətin saytında iki rəngli (qırmızı və qara) bir model təqdim edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.