Texnologiya, ZZ-Manşet

“Ağıllı” soyuducu təqdim edildi

agilli soyuducu“Canonical” şirkəti öz yeni innovativ ixtirasını – “Ubuntu” əməliyyat sistemi ilə işləyən “ChillHub” soyuducusunu təqdim edib. Qurğu San-Fransiskoda “əşyaların interneti”nə həsr edilmiş “IoT World” konfransında nümayiş etdirilib.

GSR.fm ICTnews-a istinadən bildirir ki, təxminən 500 litr həcmində soyuducu müxtəlif datçiklər, iki “USB” port ilə təchiz edilib və “Wi-Fi” vasitəsilə internetə qoşulma imkanına malikdir.

Soyuducu “Ubuntu Core” (“Snappy”) əməliyyat sistemi ilə işləyir və onunla qarşılıqlı əlaqə yaratmaq üçün “iPhone” və “iPad” qurğuları üçün  müvafiq mobil proqram təklif edilir.
“ChillHub” soyuducusunun pərakəndə satış qiyməti 1000 dollar təşkil edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.