Texnologiya, ZZ-Manşet

Aİ rouminq tariflərini azaltmaq niyyətindədir

telefon-570x360İyulun 1-dən etibarən Avropa İttifaqında (Aİ) mobil rabitə operatorlarının məlumatların ötürülməsi üçün rouminq tariflərini növbəti dəfə azaldacağı gözlənilir.

GSR.fm İCTnews-a istinadən xəbər verir ki, Aİ-nin məlumatına görə, iyulun 1-dən Avropanın mobil istifadəçiləri ötürülən bir meqabayt tutumlu məlumat üçün hazırkı 45 avrosent əvəzinə 20 avrosent ödəyəcəklər. Tariflərin azaldılması yalnız Aİ-yə daxil olan ölkələrin hazırda ittifaqın digər ölkəsində yaşayan vətəndaşlarına şamil olunur. Rouminqdə bir dəqiqə danışıq üçün tarif həddi hazırkı 24 sentə nisbətdə 19 sent, daxil olan zənglər üçün hazırkı 7 sentə nisbətdə 5 sent müəyyənləşdirilib.

Avropa Komissiyasının rəsmi bəyanatında deyilir ki, rabitə tariflərinin aşağı salınması ölkələr arasında telekommunikasiya əlaqələrinin inkişafına xidmət edəcək

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.