İqtisadiyyat, Sosial, ZZ-Manşet

“Akkord Beton”un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

vergiler nazirliyi“Akkord Beton” MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

GSR.fm APA-ya istinadən məlumat verir ki,  bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilir ki, “Akkord Beton” MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergi ödəyicisinin borcu açıqlanmayıb.

Qeyd edək ki, “Akkord Beton” MMC “Akkord” korporasiyasının törəmə müəssisəsidir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.