Aktual

“Aksiyanın nəticələri özündən qabaq məlum oldu”

12 Yanvar saat 16:00-da Bakının Fəvvarələr Meydanında “Əsgər ölümlərinə son” şüarı altında gənclər tərəfindən aksiya keçirilib. Bəzi məlumatlara görə iki  min, başqa bir məlumatlara görə isə dörd-beş min ətrafında insanın qoşulduğu aksiyanın təşkilatması facebook sosial şəbəkəsindən başlayıb. Beləki  bu il yanvar ayının 8-də Daşkəsən rayonunda hərbi xidmətdə olarkən dünyasını dəyişən 1994-cü il təvəllüdlü əsgər Ceyhun Qubatovun döyülərək öldürülmə ehtimalına dair sosial şəbəkələrdə paylaşaşılan fotoları əsas tutaraq bir qrup gənc elə həmin sosial şəbəkədə aksiyaya start verilib. Aksiyaya 16  min ətrafında insan qoşulacağını bildirib.

Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın təşkilatçıları sözü gedən aksiyanın heç bir siyasi maraq güdmədiyini, heçbir siyasi qüvvə tərəfindən təşkil olunmadığını və bu səbəbdən də  heç bir siyasi şüarlarının olmayacağını, əvəzində isə yalnızca orduda əsgər  ölümlərinin qarşısının alınmasını və günahkarlarının cəzalandırılmasını  istədiklərini bildiriblər.

Təyin olunmuş vaxtda və yerdə start götürən aksiyaya  gənclərlə yanaşı övladlarını hərbi xidmətdə itirən valideynlər də qoşulublar. Aksiya zamanı  iştirakçılar tərəfindən “Şəhidlər ölməz, vətən bölünməz!”, “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”, “Əsgər ölümlərinə, dur deyək” kimi  şüarlar səsləndirilib.

Aksiyada iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin kordinatoru Bəyim Həsənli ümumilikdə aksiyadan razı qaldığını, ancaq polislərin müdaxiləsindən narazı olduğunu bildirib.

Bəyim Həsənli:

Pis bir şey etmirik, sadəcə “Əsgərlərimiz ölməsin” deyirik. Burda polisin müdaxilə etməli bir şeyi yox idi. Polislə biz qarşıdurmaya getmək istəmirik. Amma onlar gəlib, qol-qola girib bizi yerə itəliyirlər. Mən şəxsən bir ara yıxıldım.

Azxəbər.com saytının rəhbəri, jurnalist Hacıbəy Heydərli isə aksiya zamanı orada izləyici qismində olduğunu söyləyir. O, aksiyanın icazəsiz olmasına baxmayaraq, polislərin iştirakçılara müdaxilə etmədiyini və bunu təqdirəlayiq bir hal hesab etdiyi də qeyd edir.

Hacıbəy Heydərli:

Mən 4-ün yarısında Mcdonalsın qarşısından tarqovunuin axırına kimi  bir yürüş oldu və o yürüşdə ümumiyyətlə polislər yox idi, mülki geyimlilər təbii ki, var idi amma polislər yox idi.  Polislər Nizami küçəsinin sonunda orda bir sədd qurulmuşdu və polislər xahiş etdilər ki, artıq burdan uzuqlaşasız. Və mən gördüm ki, orda sırf Azərbaycanı düşünən Azərbaycan əsgərini düşünənlər, gələnlər getdilər.

Aksiya iştirakçıları arasında olan “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının idarə heyətinin üzvü Nərmin Rəhimli isə bunları deyir.

Nərmin Rəhimli:

Əvvəl çox rahat başlamışdı. Polislərin müdaxiləsi falan yox idi. Rahatca şüarımızı səsləndirirdik və bizim heç bir qarşıdurmaya getmək kimi niyyətimiz yox idi. Amma ilk 10 dəqiqədən sonra əvvəl rahat buraxsalar da, sonradan polislər müdaxilə elədi və belə bir qaçdı-qovdu yarandı. Dar bir ərazidə polislər bir tərəfdən yolu saxlamışdılar, digər tərəfdən də. Bu tərəfdəkilər də deyirdi dağılın, o tərəfdəkilər də və sıxırdılar. Onda bizim yoldaşlar çox gözəl bir hərəkət elədilər. Hamısı oturdular aşağı və polislər gördülər ki, biz həqiqətən də konfrontasiyaya getmək istəmirik. Ondan sonra məcbur olub, yolu açdılar ki, camaat irəliləsin.

Müstəqil jurnalist Rəşad Əliyevin fikrincə isə bu aksiya paytaxtda təşkil olunan əvvəlki aksiyalardan öz şüarları və yanaşma tərzi ilə fərqlənib. O, iştirakçı sayının çox olduğunu bildirsə də, aksiyada passivliyin olduğu fikrindədir.

Rəşad Əliyev:

Etirazçıların ora toplaşanların böyük əksəriyyəti, aktiv iştirak eləmədilər, şüar səsləndirmədilər və s. Sadəcə olaraq diyanmışdılar etirazçıların yanında və onlara sadəcə olaraq baxmaqla və orda olmaqla öz iştiraklarını bildirirlər deyə çox gözə dəymədilər.

Gənclər arasında sözü gedən aksiyanın təşkilinə fərqli yanaşanlar da var. Beləki müstəqil təlimçi Talıb Bayramov bu aksiyanın təşkilində kənar qüvvələrin təsiri olduğu fikrindədir.

Talıb Bayramov:

Bu aksiya müəyyən belə deyək də, siyasi mafioz strukturların, demirəm, təşkil elədikləri, amma təşkil etməyə sövq etdikləri bir aksiya xarakteri daşıyır. Əlbəttə, orda qoşulan insanlar, minlərlə insanlar – 1000-2000, nə qədər insan idisə, bunun əksəriyyəti ürək dolusu yanğıları var, analar, atalar, amma onların heç birinin əlbəttə ki, böyük ehtimal əksəriyyətinin bu haqda heç təsəvvürü də yox idi.

Bloqçu Əli Novruzovun fikrincə isə sözü gedən aksiya insanların haqlı narazılıqlarının nəticəsidir və bu məsələdə heç bir kənar qüvvələrdən söhbət gedə bilməz.

Əli Novruzov:

Kənardan baxan bir insan kimi mən görürəm ki, aksiya həqiqətən də baş tutub. Baxsaq ki, bir neçə yüksək rütbəli zabiti cəzalandırdılar. Bunların çoxu aksiyadan  qabaq oldu. Aksiya o qədər uğurlu oldu ki, nəticələri aksiyanın özündən də qabaq məlum oldu. Bu aksiyada heç bir qüvvə, xarici axtarmaq lazım deyil, bu vətəndaşların səmimi narazılıqlarının, qəzəblərinin təbbi yolla üzə çıxması idi.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.