Magazine, ZZ-Manşet

Aktyor Ömər Şərif vəfat edib

omerMəşhur Misir aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.

GSR.fm-in bbc.com– a istinadən verdiyi məlumata görə, bunu onun köməkçisi bildirib.

Bir müddət əvvəl mərhumun Altsaymer xəstəliyindən əziyyət çəkdiyi xəbər verilib.

Ömər Şərif bir sıra ABŞ və Avropa filmlərində çəkilib.

O, Ərəbistanlı Lourens( Lawrence of Arabia) və Doktor Jivaqo (Doctor Zhivago), Çingiz xan (Genghis Khan) və Məzəli qız (Funny Girl) kimi filmlərdə yaratdığı obrazlarla tanınıb.

1962-ci ildə Ərəbistanlı Lourens filmindəki arxa plan roluna görə Ömər Şərif “Qızıl Qlobus” mükafatını qazanıb.

1965-ci ildə isə o Doktor Jivaqo filmindəki baş roluna görə “Qızıl Qlobus”a ikinci dəfə layiq görülüb.

Məşhur aktyor həmçinin “Oscar” mükafatının nominantı olub.

1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olan aktyorun əsl adı Mişel Dimitri Şalhub olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.