Texnologiya, ZZ-Manşet

Alimlər elastik rəngli ekran yaradıblar

lg-flexible-display-640x353“E Ink” və “Toppan” şirkətlərinin mütəxəssisləri elektron mürəkkəb əsasında elastik rəngli monitor hazırlamağa müvəffəq olublar. Elektroforetik displeyin ölçüsü 32 düym təşkil edir.

GSR.fm ICTnews-a istinadən yazır ki, elastik rəngli displeyin əsas özəlliyi odur ki, ona müxtəlif tərəflərdən baxdıqda belə təsvirin keyfiyyəti itməyəcək.

Belə monitorun təsvir ölçüsü 1280×720 nöqtə təşkil edir. İstehsalçıların rəsmi məlumatına əsasən, yeni ixtira 4 mindən çox çalar əks etdirmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, elastik displey artıq gələn il bazara çıxarıla bilər. Hələ ki belə monitorun dəyəri məlum deyil.

Mütəxəssislər əmindir ki, gələcəkdə ekranlar məhz elektron mürəkkəb texnologiyası əsasında hazırlanacaq. Həm də belə elastik ekranlar standart ekranlarla müqayisədə daha az enerji sərf edir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.