“Vəlvələ” verilişinin budəfəki efirində “Amerika təsəvvürlərdə” mövzusu ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sloanla müzakirə olundu. Verilişdə Amerikada həyat tərzi, Amerikada jurnalistika kimi mövzulardan da danışıldı.
Veriliş ərzində həmçinin mövzu ilə bağlı şəhər sakinlərindən götürülmüş sorğunu, dinləyicilərin və gənc fəalların qonağımıza ünvanladığı sualları da dinləyə bilərsiniz.