Texnologiya, ZZ-Manşet

Amsterdamda özü hərəkət edən su taksiləri

su taksiMeqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.

GSR.fm ICTnews-a istinadən yazır ki, şəhərin təxminən dörddə bir hissəsi su ilə əhatə olunub, bununla əlaqədar olaraq robot qayıqların tətbiqi böyük fayda verə bilər. Onlardan taksi, həmçinin yüklərin daşınmasında istifadə etmək planlaşdırılır. Bundan başqa, belə nəqliyyat vasitəsinin köməyi ilə şəhər hakimiyyəti su və havanın keyfiyyəti haqda informasiya alacaq. Bu məlumatlar əsasında kanalların çirklənmədən təmizlənməsi üsulları hazırlanacaq. Hər il şəhərin göllərindən 12 mindən çox velosiped çıxarılır.

Layihənin reallaşdırılmasına 25 milyon dollar ayrılıb. İlk prototiplər 2017-ci ildə istifadəyə veriləcək

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.