Texnologiya, ZZ-Manşet

“Android” istifadəçiləri üçün “iOS” sisteminə keçid asanlaşacaq

iphone_ios_300“Apple” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu istifadəçilərinin “iOS” sistemi ilə işləyən “iPhone” və “iPad” modellərinə keçidini asanlaşdıracaq xüsusi “Move to iOS” əlavəsini istifadəyə verib.

GSR.fm-in ICTnews.az -a istinadən verdiyi məlumata görə, əlavə istifadəçilərin iyulda beta-test rejimində yararlana biləcəyi “iOS 9” əməliyyat sistemi ilə birlikdə yayılacaq. Hazırda “Move to iOS”-un ayrıca versiyasının “Android” üçün proqram təminatlarının yerləşdirildiyi “Google Play” onlayn mağazasına nə vaxt əlavə olunacağı məlum deyil.

ABŞ istehsalçısının məlumatına görə, əlavə simsiz rabitə ilə “Android” qurğudakı bütün məlumatların (kontaktlar siyahısı, fotoşəkillər, poçt məlumatları və brauzer tab-vərəqələrini) surətini çıxararaq onları “iPhone” və ya “iPad”ə köçürür. Bundan başqa, “Apple” onlayn mağazasında “Android” üçün olan pulsuz əlavələrin analoqları (məsələn, Facebook) yüklənmə üçün tövsiyə olunan siyahıya, pullu olanlar “Wish List” siyahısına (arzu olunanlar) daxil edilir

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.