Siyasət, ZZ-Manşet

Ankarada ölənlərin sayı 34 nəfərə qalxıb

ankara part

Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.

GSR.fm-in APA-nın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi artıq dəqiqləşib.

Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: “Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır”.

Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.


 

Ankaradakı partlayışda ölənlərin sayı 27 nəfərə qalxıb.

GSR.fm Hürriyyet-ə istinadən xəbər verir ki, bu barədə Ankara bəyədiyyəsi məlumat verib. İlkin ehtimallara görə, terroristlər tərəfindən həyata keçirilən partlayışda 75 nəfər xəsarət alıb.

Hadisə şəhərin mərkəzi Kızılay meydanında, Bakı vaxtı ilə saat 20:35-də baş verib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.