Texnologiya, ZZ-Manşet

“Apple” “GPS” naviqasiya şirkətini satın alıb

gsp“MacRumors” nəşri yazır ki, “Apple” korporasiyası “Coherent Navigation” naviqasiya şirkətini satın alıb. Bununla da Tim Kuk “Apple Maps” xəritə xidmətindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır.

“Apple”ın öz xəritəsi istifadəyə verilmə mərhələsində o qədər tənqid edilib ki, şirkətin baş direktoru xidmətin işindəki çatışmazlıqlara görə istifadəçilərdən üzr istəyib.

GSR.fm ICTnews-a istinadən bildirir ki, 2008-ci ildə təsis edilmiş “Coherent Navigation” şirkəti aparat və proqram naviqasiya təminatının hazırlanması ilə məşğuldur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.