Texnologiya, ZZ-Manşet

“Apple” “iPhone 5”in batareya problemini etiraf edib

apple-570x360“Apple” şirkəti “iPhone 5” smartfonunda akkumulyatorun tez boşalmasını rəsmən etiraf edib. ABŞ korporasiyasından bildirilib ki, bu problem satılmış qurğuların az bir hissəsində qeydə alınıb.
 
GSR.fm ICTnews-a istinadən bildirir ki, 2012-ci ilin sentyabrından 2013-cü ilin yanvarınadək satılmış “iPhone 5” smartfonlarında akkumulyatorların tez boşalması qeydə alınıb. “Apple”ın xüsusi səhifəsində smartfonun seriya nömrəsini daxil edərək onun brak partiyaya aid olub-olmamasını yoxlamaq olar.
 
ABŞ şirkəti problemli “iPhone 5” smartfonlarında akkumulyatorların ödənişsiz əvəzlənməsi proqramına start verib. ABŞ və Çində artıq bu proqrama start verilib, “Apple”-ın rəsmi dəstəyi olan başqa ölkələrdə bir həftə sonra başlayacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.