Texnologiya, ZZ-Manşet

“Apple” rekord sayda smartfon sifariş edib

iphone“Apple” korporasiyası yeni smartfonların rekord sayda birinci partiyasını sifariş edib.

GSR.fm İCTnews-a istinadən xəbər verir ki, “Apple” şirkəti 2014-cü ilin sonunadək öz istehsal partnyorlarına 4.7 və 5.5 düymlük “iPhone 6” modelinin 70-80 milyon nüsxəsini yığmağı xahiş edib. Müqayisə üçün, “iPhone 5s” və “iPhone 5c” telefonlarının ilkin buraxılış həcmi 50-60 milyon olub.

“Foxconn” və “Pegatron” 4.7 düymlük yeni “alma” telefonunun kütləvi istehsalına avqustda başlamağı planlaşdırır. “Apple” markasına məxsus birinci fablet yalnız “Foxconn” tərəfindən yığılacaq və sentyabrda bu işə başlayacaq. Hər iki qurğuda “iPhone 5s” smartfonunda istifadə olunan metal korpus gözlənilir.

4.7 düymlük ekranlı versiyanın qiyməti 850 dollar, 5,5 düymlük modelin qiyməti təxminən 1010 dollar təşkil edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.