Texnologiya, ZZ-Manşet

“Apple” şirkəti “iOS 8” platformasını nümayiş etdirib

ios-8“Apple” şirkəti ənənəvi “WWDC 2014” konfransının açılışında yeni “iOS 8” mobil platformasını nümayiş etdirib.

Əsas yeniliklər sırasında “HealthKit” fitnes-platforması, mahnıların səs əmri vasitəsilə tanınması, mesaj və multimedia məzmunu ilə daha asan mübadiləni qeyd etmək olar.

GSR.fm ICTnews-a istinadən bildirir ki,  “WWDC” konfransında yeni mobil əməliyyat sistemi haqda proqram təminatı üzrə baş vitse-prezident Kreyq Federiqi məlumat verib.

Gözlənildiyi kimi, “Apple” şirkəti mobil platformasının dizaynında mühüm dəyişikliklər etməyib. Amma “iOS 8” platformasında sistemin əvvəlki funksional problemlərini kompensasiya edən bir neçə funksiya işə salınıb.

Yeni mobil ƏS-də klaviatura yenilənib və “QuickType” adlanır.

Artıq, istifadəçi “iMessages” messenceri vasitəsilə şəkil, videoçarx və səs yazılarını bir jestlə digər istifadəçiyə göndərə bilər. Əgər qəbul edən istifadəçi bu məlumatları saxlamasa, o zaman 2 dəqiqədən sonra həmin kontent silinir.

Yeni “iOS 8” sistemində daxili “Healthkit”  platforması və “Health” tətbiqi istifadəyə verilib. Proqram addımların sayını, qət edilmiş məsafəni, sərf edilmiş kalorini, təzyiq, nəbz, qanda qlükozanın səviyyəsini və başqa göstəriciləri qeydə alır. Tətbiq, həmçinin hansısa göstərici normadan artıq və ya az olduqda həkiminizə bu haqda mesaj göndərə bilər.

Başqa bir funksiya musiqinin tanınmasıdır. Bundan ötrü “Apple” şirkəti “Siri” səs köməkçisi ilə “Shazam” xidmətini birləşdirib. Nəticədə istifadəçi smartfondan hazırda hansı musiqinin səsləndiyini soruşa biləcək və “Siri” səs köməkçisi “Shazam” xidmətinin köməyi ilə tanıma sistemini işə salacaq.

“iCloud fotoarxivi” funksiyası şəkilləri qurğularda sinxronlaşdırır, həmçinin şəklin redaktəsi üçün yeni funksiyalara (parlaqlıq, ziddiyyət, rəng və başqa xüsusiyyətlərin sazlanması) giriş təmin edir. Bütün redaktə və effektlər avtomatik istifadəçinin bütün qurğularında yenilənir.

“iOS 8” sistemi “iPhone 4S”, “iPad 2”, “iPad mini” və 5-ci nəsil “iPod Touch” üçün əlçatandır.

Xatırladaq ki, 2007-ci ildən indiyədək 500 milyondan çox “iPhone” smartfonu, 2010-cu ildən isə 200 milyondan çox “iPad” planşeti satılıb.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.