Texnologiya, ZZ-Manşet

“Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər

iwatch1-570x360“Apple iWatch” “ağıllı” saatın istehsalına iyul ayında, satışına isə oktyabr ayında  başlanıla bilər.

GSR.fm-in “ICTnews” xəbər xidmətinə  istinadən verdiyi xəbərə görə, “Apple” hələ ki, “ağıllı” saatın təqdimatını keçirməyib, lakin bununla bağlı şayiələr çoxdan yayılır. Ehtimal edilir ki, onlar “iWatch” adlanacaq və 2,5 düym diaqonallı sensor ekranla təchiz ediləcəklər.

Saatı “Quanta Computer” Tayvan şirkəti istehsal edəcək. Hazırda şirkətin zavodlarında noutbuklar və “iPod” qurğuları yığılır. Bu arada ekranların istehsalı ilə “LG” şirkəti, puls ölçən sensor istehsalı ilə isə “Heptagon” Sinqapur şirkəti məşğul olacaq.

“Ağıllı” saat buraxılışından sonra birinci il ərzində “Apple” bazara 50 milyon qurğu təqdim etmək niyyətindədir.

Mənbə onu da bildirib ki, “iWatch” yalnız “Apple” qurğuları ilə uyğunlaşdırılıb. Saatı qismən ekran vasitəsi ilə idarə etmək mümkün olacaq, lakin funksiyaların əksəriyyətindən smartfon və ya planşetdəki əlavələr vasitəsi ilə istifadə etmək mümkün olacaq.

“Apple” şirkətinin yeni qurğusu orqanizmin vəziyyətinə nəzarət etməklə yanaşı, kommunikasiyalar  üçün – mesajlar, zənglər və elektron məktubların yoxlanılması üçün nəzərdə tutulub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.