Arda Turan “Barselona” ilə ilkin razılığa gəlib.
Türk futbolçunun meneceri Ahmet Bulut kataloniyalılarla danışıqlara başlandığını təsdiqləyib.
GSR.fm Anspress-ə istinadən xəbər verir ki, “Barselona” Ardanın transferi üçün 41 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Türk futbolçunun yaxın müddətdə ispan klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Kataloniyalılar transferin gedişatını gizli saxlamağa çalışırlar. Belə ki, futbolçunun illik gəlirinin nə qədər olacağı və digər məsələr hələlik açıqlanmır.