İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Artıq neftin qiyməti 6%-ə qədər artıb”

ilham_sabanOPEC-in (Neft İxrac Edən Ölkələri Birliyi) sentyabrın 26-28-də Əlcəzairdə – Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilən qeyri-formal sammitində neft hasilatının bu ilin noyabr ayından etibarən azaldılmasına qərar verilib.

Bu barədə GSR.fm-ə müsahibə verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, bu görüşün dünya neft bazarına təsiri artıq var, neftin qiymətləri 6%-ə qədər artıb və hazırda 48,5-49 dollar arasında dəyişməkdədir.  O bildirir ki, bu görüş  OPEC ölkələri  arasında sadəcə razılaşma idi, bununla bağlı heç bir hüquqi sənəd imzalanmayıb:

“Hüquqi sənəd OPEC-in növbəti Vyanadakı sessiyasında olacaq, yəni  noyabrın 30-nadək bu məsələ öz təsdiqini tapmalıdır. Beləliklə, hər  ölkə kvota müəyyənləşdirməlidir və bunun nəticəsində təxminən 740 min barel neftin hasilatının azaldılması gündəmdə olacaq. Nəticədə 2017-ci ilin əvvəlindən bu kvotalar üzrə hasilat və ona uyğun olaraq ixrac artıq dünya bazarında öz təsdiqini tapmalıdır. Əsas məsələ budur ki, ilin sonuna qədər olan dövrdə bu atılan addım bazara müsbət təsir edir və  həmin bu dövrdə OPEC ölkələrimnin bununla bağlı səsləndirdiyi bəyanatlar, açıqladığı rəqəmlər bazarda birjalara çox müxtəlif təsirlər edəcək. Yəni təsirlər qiymətin karreksiyasına səbəb olacaq. Ona görə də bu addım qiymətin 50 dollar ətrafında “qızdırılmasına” səbəb olacaq. OPEC qiymətin artırılması yönündə ağıllı addım atır. Ancaq sonraki dövrdə, 2017-ci ildə bu artıq bazar iştirakçıları üçün bazarda real olaraq özünü necə təzahür edəcək, bazara nəzarət edən agentliklərinin  hesabatları dərc edilməyə başlayacaq,  bax onda bu kvotalardan qiymətlərin kəskin ucuzlaşmasına və ya 50 dollar həddini keçməsinə də səbəb olduğu bəlli olacaq”.

İlham Şaban həmçinin onu da bildirir ki, Azərbaycan iri neft ixracatçısı deyil:

“Azərbaycan bu gün dünya bazarına təqribən 720 min barelə yaxın neft çıxarır və gələn ilin əvvəlinə bu həcmlər bir qədər də azalacaq, təqribən 20 min barəl də aşağı düşəcək. Çünki Azərbaycanda hasilat həcmləri azalacaq, ona görə də Azərbaycan üçün qiymətlərin artımı çox vacib amildir. Qiymətlərin artımı hesabına, biz azalan həcmi kompensasiya  edə bilərik. Əlcəzairdə olan görüş bazar üçün müsbət siqnallar verdiyindən, qiymət artımı oldu”.

Öncəki xəbərNövbəti xəbər

5 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: discount viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.