Texnologiya, ZZ-Manşet

“Asus” şirkəti “ağıllı” saatlarını nümayiş etdirəcək

Asus-Android-Wear-curved-smartwatch-IFA-2014Bir həftə sonra Berlində start götürəcək “IFA 2014” sərgisində “Asus” şirkəti ilk smart saatını nümayiş etdirəcək.

GSR.fm-in İCTnews-a istinadən verdiyi xəbərə görə, hazırda məhsul haqqında rəsmi məlumat yoxdur, amma şirkətin “Facebook” və “Twitter” səhifələrində “ağıllı” saatın şarjı yerləşdirilib. Məlumdur ki, “Asus” şirkətinin “ağıllı” saatları “Android Wear” əməliyyat sistemi ilə işləyəcək.
 
Şirkətin nümayəndələri bildiriblər ki, cihaz sentyabrın 3-də nümayiş etdiriləcək. “TechCrunch” nəşrinin məlumatına görə, saatın qiyməti 150 dollar olacaq.

Bir qədər əvvəl “Motorola” şirkəti 250 dollar məbləğində “Moto 360” “ağıllı” saatını təqdim edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.