Sosial, ZZ-Manşet

Atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub

mudafieCəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.

GSR.fm xəbər verir ki,bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.