İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Aviadaşıma sahəsindəki xidmətlər dövlət rüsumundan azad olunur

217_2_2_heydar2a

Azərbaycanda İATA-nın “Mülki Aviasiya rüsumu”nun ləğv olunması təklif edilir.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, “Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında” qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb.

Belə ki, qanuna təklif edilən dəyişikliklərdə İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumu ləğv edilib.

Bu qanuna dəyişiklik layihəsi “Dövlət rüsumu haqqında” qanununda da dəyişiklik edilməsini zəruri edib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri də ləğv edilib.

İndiyədək İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı.

Qeyd edək ki, “Aviasiya haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik dünya maliyyə bazarlarında qeyri-sabit iqtisadi şəraitlə əlaqədar olaraq xarici aviaşirkətlərin yerli daşımalar bazarına cəlb edilməsi və ölkənin beynəlxalq hava limanlarından istifadə etməklə tranzit hava daşımalarının həcminin artırılması üçün əlverişli imkanların yaradılması məqsədi ilə hazırlanıb. Layihədə bu imkanların zəruriliyi nəzərə alınaraq İATA-nın “Mülki Aviasiya rüsumu”nun ləğv olunması təklif olunur.

Xatırladaq ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.