İqtisadiyyat, ZZ-Manşet

Avro manata qarşı bahalaşıb

pul

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki,  ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 23-ü ilə müqayisədə dəyişməyərək 1,6292 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,43% möhkəmlənərək 1,8320 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 0,0255 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,94% ucuzlaşaraq 0,5479 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1136 manatdır. Beləliklə, funt sterlinq 0,53%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,65% ucuzlaşaraq 0,6992 manat təşkil edib

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.