İdman, Xəbərlər, ZZ-Manşet

Avrokubok görüşləri Bakıda keçiriləcək

c3cea8e0405de091ee33563bdd4d5045

Qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc cup”ın yeni mövsümündə ilk oyunlarının tarixi dəqiqləşib. GSR.fm-in Apasport.az saytının məlumatına görə, III raunddan mübarizəyə başlayacaq Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi Belçikanın “Femina Vize” klubu ilə hər 2 görüşünü Bakıda keçirəcək.

Artıq bu barədə qarşılıqlı razılıq əldə edilib. Belə ki, komandalar arasında ilk matç noyabrın 12-də olacaq. “Femina Vize”nin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda ikinci oyun təşkil olunacaq. Görüşlər “ABU Arena”da keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.