İdman, ZZ-Manşet

Avropa Oyunlarının məşəli Gəncədə alovlandırılıb

Baku2015_yenilogoMayın 15-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxmışdılar.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul etdi. Sonra 10 idmançı məşəl yürüşünə çıxdı. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəldilər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirildi. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırdı. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.

Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq oldu.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.