Siyasət, ZZ-Manşet

Avropa Şurasının baş katibi vəzifəsinə seçki keçirilir

avropaBu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclası boyu Avropa Şurasının baş katibi vəzifəsinə seçki keçiriləcək.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, seçkilərin nəticəsi bu gün axşam plenar iclasının sonuna doğru bəlli olacaq.

Assambleya üzvləri iki namizəd arasında seçim edəcəklər. Namizədlərdən biri təşkilatın hazırkı baş katibi, Norveçin keçmiş baş naziri Tyorbyörn Yaqland, digəri isə Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabina Loytxoyzer-Şnarrenbergerdir. Qalib səs çoxluğu ilə (50+1) müəyyən ediləcək. Əgər hər iki namizəd eyni sayda səs toplasa, o zaman assambleyanın sabahkı plenar iclasında ikinci tur keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.