Avropa və dünya çempionumuz Xetaq Qazyumov qızıl medal qazanıb.
GSR.fm xəbər verir ki, ilk təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb – 4:0. İdmançımız 1/4 finalda belaruslu İbrahim Saidova 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Qazyumov yarımfinalda Abdusalam Qadisova 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Həlledici qarşılaşma 3-1 hesabı ilə təmsilçimizin xeyrinə bitib.