boş bölmə

“Avstraliya “DÇ-2022″ni qəbul etməyə hazırdır”

dunya-kuboku-570x360“Avstraliya 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırdır.”

GSR.fm-in Qol.Az-a istinadən verdiyi xəbərə görə, bu, Qətərin mundiala ev sahibliyi hüququndan məhrum edilməsindən sonra baş tuta bilər. Əgər Qətərin rüşvət müqabilində bu hüquqa yiyələndiyi sübuta yetirilərsə, dünya çempionatının digər ölkədə keçirilmə variantı yaranacaq. Belədə Avstraliya yenidən “DÇ-2022″yə ev sahibliyi uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Avstraliya daha öncə bu hüquqa sahib çıxmaq üçün ABŞ, Cənubi Koreya, Yaponiya və Qətərlə yarışsa da, sonda Ərəbistan təmsilçisinə uduzmuşdu.

Əlavə edək ki, İngiltərə də “DÇ-2022″yə ev sahibliyi edəcək namizəd ölkələr sırasında yer alıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.