İdman, ZZ-Manşet

Azərbaycan cüdoçusu Avropa çempionu olub

1-4Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

GSR.fm-in Apasport.az-a istinadən verdiyi məlumata görə, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı yarışacaq.

Millinin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb. İdmançı rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb. O, rusiyalı Ondar Sayanla döyüşüb və finala vəsiqə qazanıb.

Hidayət Heydərov (73 kq) həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçu Avropa çempionu adını qazanıb.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.