Texnologiya, ZZ-Manşet

Azərbaycanda ilk ispandilli xəbər saytı yaradılıb

azvision ispanBu gündən dünyanın ispandilli əhalisi də Azərbaycanla bağlı proseslər haqqında obyektiv məlumat ala biləcək.

Artıq AzVision.az-ın ispan dilindəki versiyası – es.azvision.az oxucuların xidmətindədir. Bu saytı yaratmaqda məqsəd dünyada gedən informasiya mübarizəsində Azərbaycanın mövqeyinin güclənməsinə töhfə verməkdir.

Qeyd edək ki, ispan dili dünyada çin dilindən sonra ən geniş yayılmış ana dilidir. 470 milyon insan onu özünün doğma dili hesab edir. Ümumilikdə isə 550 milyon insan ispan dilində danışır. Ən böyük ispandilli ölkə Meksika, ikincisi isə Argentinadır.

Bilirik ki, ənənəvi olaraq Latın Amerikasında ermənilərin mövqeyi daha güclü hesab olunur. Bunun səbəblərindən biri də ispan dilində Azərbaycanla bağlı xəbər resurslarının yoxluğudur. Biz ümid edirik ki,AzVision.az-ın ispan versiyası vəziyyətin dəyişməyində öz rolunu oynayacaq.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.