Aktual

Azərbaycanda ilk Milli Marketiq Forumu

Xəyal deyil, gerçəkdir. Bu gün Azərbaycan marketoloqları, Azərbaycanda marketinq sevən insanlar ilk dəfə olaraq toplaşmışlar. Bu Azərbaycanda ilk milli marketinq formudur.

29-30 may tarixində «Marketinq Azərbaycan», «NLP Akademiya» və “Marketinq AİR” –in təşkilatçılığı  ilə Azərbaycanda ilk dəfə olaraq Milli Marketinq Formu keçirilib.

Əsas məqsədi ölkədə marketinqin inkişafına təkan vermək, marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə etmək və onların ümumi marketinqə olan baxışını müsbət istiqamətdə dəyişmək olan forumda “Araşdırma və marketinq”, “Marketinq Kommunikasiyaları”, “Onlayn Marketinq”, “Milli Keyslər” mövzularında panellər təşkil olunub.

İlk dəfə təşkil olunmasına baxmayaraq tədbirin iştirakçılarda müsbət təəsüratlar buraxdığını qeyd edən “ORO mebel” şirkətinin baş meneceri, lahiyənin təşkilatşılarından biri olan Anar Bayramov, eyni zamanda formun təşkil olunmasının da  məqsədlərindən danışdı.

Anar Bayramov:

Azərbaycanın marketinq sektorunu inkişaf elətdirmək, yeni təkan vermək, yeni nəfəs vermək idi. Azərbaycanda marketinq aktivlikləri var müəyyən mənada, amma bunları daha sistemli və daha ciddi məcraya yönəltmək idi. Və Azərbaycanın marketinq əhlinə, inkişaf eliyən marketinq cəmiyyətinə, marketinq icmasına bir forum imkanı, bir paylaşmaq mühiti tanımaq qərarına gəlmişdik

Forum İştirakçılarıdan olan Nərgiz Məmmədova  müzakirə olunan mövzuların müasir marketinq problemlərini əhatə etdiyini və gələcəkdə də bu cür layihələrin keçirilməsinin tərəfdarı olduğunu deyir.

Nərgiz Məmmədova:

Bu qədər marketinq camiasında çalışan insanları və marketinqə maraqlı olan insanları bir araya gətirdiyinə görə məncə uğurlu saymaq olar . Və ümid edirəm ki, gələcəkdə keçiriləcək forumlarda hazır ki nöqsanlar nəzərə alınacaq və daha möhtəşəm həyata keçiriləcəkdir.

Azərbaycana sonuncu dəfə 4-5 il öncə gəldiyini və burada olmaqdan həyəcanlandığını deyən Türkiyədən dəvət olunmuş mütəxəssis və tədbirin spikerlərindən olan Sinan Ərgin, bu formun çox vacib olduğu fikrindədir. Həmçinin, forumda özünün də 2 hissədən ibarət 3 saatlıq çıxışının planlaşdırıldığını deyən Ərgin bəy gələcək forumlarda da iştirak etmək arzusundadır.

Sinan Ərgin ilə müsahibə

Sinan Ərgin:

Mən əminəm ki, bu forumlar böyüyərək, inkişaf edərək, çoxalaraq Bakıdakı iş adamlarına, bütün işləyənlərə çox fərqli düşüncələr gətirəcək. 2 gün çox dəyərli spikerlər var burda, çox dəyərli insanlar, çox dəyərli təcrübələr yaşanacaq. Mən çox faydalı olacağını fikirləşirəm.

Təşkilatçıların  sözlərinə görə formun əsas konsepsiyasında  inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən “Experiental Learning” dan istifadə edilib ki, bu da iştirakçılara yalnız yeni tendensiyalarla tanış olmağa deyil, eyni zamanda  qarşılıqlı əlaqələr qurmağa da əvəzsiz kömək edir.

Təşkilatçılar eyni zamanda bu tip forumların mütəmadi keçiriləcəyini də qeyd edirlər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.