İctimai Fikir

Azərbaycan dilinin düzgünlüyünü kimlər pozur?

Dövlət dili haqqında Azərbaycan  Respublikasının Qanununun birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Həmin qanunun 18-ci maddəsinə  əsasən isə, Azərbaycan Respublikası ərazisindəki bütün kütləvi informasıya vasitələri, kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Bəs görəsən müasir dövrümüzdə Azərbaycan dilində ədəbi normalara riayət olunurmu? Gənclərin səsi radiosu olaraq bu dəfə şəhər sakinlərinə yox, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin əməkdaşlarına “Azərbaycan dilinin düzgünlüyünü kimlər pozur?” sualı ilə müraciət etdik.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.