Sosial, ZZ-Manşet

Azərbaycan gəncləri “Dionda Olimpiya” tədbirində

IMG_712119 sentyabr 2016-cı il tarixindən başlayaraq Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, bu tədbirdə Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edib.

16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşdı.
Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış etdilər. Tamaşa 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin beş poemasından biri olan “Yeddi gözəl” poemasından,gözəllərdən birinin söylədiyi “Xeyir və Şər”nağılının əsasında hazırlanmışdır, xeyir və şərin mubarizəsindən bəhs edir.

Qeyd edək ki, tamaşanın rejirssoru respublikanın əməkdar artisti Nicat Kazımov idi. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq tədbir 29 sentyabr tarixdə yekunlaşacaq.

IMG_7131

IMG_7155

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.