4 iyul tarixində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı olub. Tədbirdə Azərbaycan, Gürcüstan və İran İslam Respublikasının muzey və kolleksiyalarında aparılan tədqiqatlar nəticəsidə müəyyən edilən XIX əsrin sonu, XX əsri əvvəllərinə aid Şimali və Cənubi Azərbaycanda mövcud olmuş kişi və qadın geyimləri nümayiş edilib.
GSR.fm Kishi Magazine-ə istinadən xəbər verir ki, sərgidə geyimlərlə yanaşı Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında olan tarixi fotoşəkillər, geyimlər haqqında müvafiq tarixi məlumatlar da təqdim edilib.
Sərginin açılışında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, təqdim olunan geyimlərin müəllifi sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva və sərginin kuratoru, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov çıxış ediblər.
Səbirə Dünyamalıyevanın söylədiyinə görə, Cənubi Azərbaycan geyimləri ilk dəfədir ki, nümayiş olunur:
“Sərgidə təxminən 22 dəst geyim təqdim edilir. Bu geyimlərdən 11 dəst Şimali Azərbaycana, 3 dəst Cənubi Azərbaycana, biri İrəvan, digəri isə Borçalıya aiddir. Şahsevənlilərin, Təbriz, Ərdəbil və Sərab geyimləri ilk dəfədir ki, nümayiş olunur. Kişi geyimlərindən isə Səttarxanın geyimi olduğu kimi təqdim edilir”.
Səbirə xanım Azərbaycan milli geyimlərinin xüsusiyyətlərindən danışaraq qeyd edib ki, hər xanlığın öz geyim standartı var idi. Nə kasıb, nə də varlılar bu standartdan kənara çıxmırdı:
“Biçim və forma standartlarına riayət olunurdu. Geyimlər sadəcə material seçiminə görə bir-birindən fərqlənirdi. Kasıb olanların geyimləri nisbətən ucuz, varlılarınkı isə bahalı parçalardan, daş-qaşlardan ibarət idi. Milli geyimlər əsasən ipək və tirmə parçalardan tikilirdi”.
“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin əsas məqsədi qloballaşan dünyada Azərbaycan türk-müsəlman mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir. Bu barədə sərginin kuratoru, Milli Azərbaycan Tarix Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov ətraflı məlumat verib:
“Açılışında olduğumuz sərgi tədqiqatçı alim, etnoqraf Səbirə xanım Dünyamalıyevanın uzun illər boyu həyata keçirdiyi tədiqatların nəticəsidir. Paltarların tapılması, tikilməsi və tərtib olunmasına böyük zəhmət çəkilib. Özümüzü tanımaq üçün milli geyimlərimizi də tanımalıyıq. Bu baxımdan milli geyimlərdə səhv buraxmaq olmaz. Sərgini təşkil etdik ki, səhvlər aradan qaldırılsın”.
Sərgidə mədəniyyət xadimləri, rəsmilərlə yanaşı uşaqlar, tələbələr, müəllimlər də iştirak edib. Onlar sərgi haqqında fikirlərini bizimlə bölüşüb. Tamaşaçı Tünzalə Hidayətova belə sərgilərin keçirilməsinin, xüsusilə, uşaqlar üçün önəmli olduğunu qeyd edib:
“Azərbaycanın milli geyimlərini, onun elementlərini sərgidə görmək çox xoşdur. Milli geyimlərlə bağlı bilmədiklərimi burdan öyrəndim. Belə sərgilərin keçirilməsi uşaqlar üçün daha çox faydalıdır. Belə ki, onlar gəlib tariximizi, milli mədəniyyətimizi sərgilərdən öyrənmək imkanı qazanırlar”.
Digər tamaşaçı Nasir Quluzadə isə arzu edir ki, modelyerlər sərgilənən geyimlərin elementlərindən kolleksiyalarında istifadə etsinlər:
“Qloballaşan dünyada milli adət ənənələrin deqradasiyaya uğradığı vaxtda milli geyimlərin sərgisinin keçirilməsini alqışlamaq lazımdır. Milli geyimləri daha çox etnoqrafik jurnallardan, kitablardan görmüşdüm. Bu sərgidə isə özüm üçün yeni geyim formaları kəşf etdim”.
Tədbirdə Azərbaycan milli geyimlərinin öyrənilməsi və təbliğinə töhfə vermiş, təqdim olunan geyimlərin hazırlanmasında, eləcə də sərginin təşkilində iştirak edənlərə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, sərgi oktyabrın 1-dək davam edəcək.
Hazırladı: Səma Baxşıyeva
http://www.adidasyeezy.de/ Adidas Yeezy
http://www.nfl-jerseys.us.org/ NFL Jerseys
buy cialis for cheap
http://cialisxtl.com cialis discount canada
http://www.yeezy.com.co/ Yeezy
http://www.nikeshoes.us.org/ Nike Shoes
http://www.airforce1.de/ Air Force 1
http://www.nikes-shoes.us.com/ Nike Shoes
http://www.airmax97.us.com/ Air Max 97
http://www.max270.us.com/ Nike Air Max 270
pfizer viagra online canadian pharmacy
http://www.yeezymafia.us.com/ Yeezy Mafia
physician md cbd products cbd capsules reviews
medical reasons viagra viagra generic bbc doctor who
payday loans online same day payday loans online fast deposit national finance center