Bunu ADA Universitetində çıxışı zamanı Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
GSR.fm-in APA-ya istinadən xəbər verir ki, A.Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub. “Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, – deyə A.Ulyukayev qeyd edib.
O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin və bir çox ölkələrlə bu cür fondları mövcuddur.