Müsahibə, Siyasət, ZZ-Manşet

“Azərbaycana heç bir qüvvə irad tuta bilməz”

 

trend_arzu_nagiyev_main_1NATO-nun baş katibi Stoltenberq NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü öncəsi keçirdiyi brifinqdə, NATO Rusiya ilə qarşıdurma və ya yeni “soyuq müharibə” istəmir deyib: “Biz Rusiya ilə konstruktiv, kooperativ münasibətləri davam etdirəcəyik. Konstruktiv münasibətlər bizim üçün vacibdir. Bundan həm Rusiya, həm də Avroatlantik məkanda hamı faydalanacaq”.

NATO ilə Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanla Alyans arasındakı münasibətlərə təsirləri barədə Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev GSR.fm-ə bildirdi ki, ümumiyyətlə bu inandırıcı görünmür: “Öncə onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan öz Silahlı Qüvvələrini NATO standartlarına uyğun olaraq qursa da, NATO-nun bütün tədbirlərində iştirak etsə də, bu hələ Alyansa üzv olmaq demək deyil. Məhz buna görə də heç bir qüvvə bizə irad tuta bilməz. Paralel olaraq, Rusiya ilə də hərbi sahədə əməkdaşlığımız var. Bundan başqa, NATO-nun üzvü olan bir sıra dövlətlərlə, o cümlədən Türkiyə ilə strateji əməkdaşlığımız və partnyorluğumuz mövcuddur. Məlumdur ki, əsas problem də məhz Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən qaynaqlanır. Bundan başqa, NATO-Rusiya sərhədləri də Ermənistan ərazisindən keçir və bu da Azərbaycana, o cümlədən geosiyasi məsələlərə təsir edir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.