GSR.fm APA-ya istinadən xəbər verir ki, səfir bildirib ki, Azərbaycanda min illər boyu yaşayan yəhudilər cəmiyyətə tam inteqrasiya olunaraq hər zaman özlərini evdəki kimi hiss ediblər. O, məlum tədqiqatdan xəbərsiz olduğunu söyləyərək yəhudi icmasının hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini vurğulayıb: “Azərbaycanda antisemitizm yoxdur, yəhudi icması burada qürurla yaşamaqdadır və Azərbaycan hökuməti bu icmanı dəstəkləyir. Bakıda və Qırmızı Qəsəbədə yəhudi icmaları məskunlaşıb, yəhudi məktəbləri və sinaqoqları inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”.
Qeyd edək ki, Antidiffamasiya Liqası antisemitizm və yəhudilərə qarşı dözümsüzlüyün digər formalarına qarşı mübarizə aparan hüquq-müdafiə təşkilatıdır. Təşkilat 1913-cü ildə yaradılıb.