Sosial, ZZ-Manşet

Azərbaycanda beynəlxalq sərgi və konfrans keçiriləcək

expocenterAzərbaycanda 4-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı və Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək.

GSR.fm-in Anpress-ə istinadən verdiyi xəbərə görə, , 4-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı sərgisində 29 ölkədən 400-dən artıq şirkət iştirak edəcək. Konfransda ümumi iştirakçıların 65 %-i xarici şirkətlər, 35% -i isə yerli şirkətlər təşkil edir. Sərginin bütün ekspozisiyası üzrə artım isə 10 %-dir.

Qeyd edək ki, sərgi ilə yanaşı 4-5 iyun tarixlərində 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransı da keçiriləcək. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayəsinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin çıxışı daxil edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.