Sosial, ZZ-Manşet

Azərbaycanda havanın temperaturu yüksəlir

hava1-570x360İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
GSR.fm APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 26-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.