Sosial, ZZ-Manşet

Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

qida1

Bu ilin oktyabrında Azərbaycanda 27 qida zəhərlənməsi faktı qeydə alınıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki,  nəticədə 44 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 1 botulizm hadisəsi nəticəsində isə 3 nəfər zəhərlənib.

İ.Abdullayev qeyd edib ki, bu ilin 10 ayında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 1 nəfər ölüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.