boş bölmə, İdman, ZZ-Manşet

Azərbaycanın daha 6 atleti mübarizədə

images2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 atleti mübarizə aparacaq.GSR.fm “Report”-a istinadən xəbər verir ki,  100 metr məsafəyə arxası üstə üzmədə Dmitri Saley və Raman Saley çıxış edəcək.
Yarışa Bakı vaxtı ilə saat 17:09-da start veriləcək. Qardaşlardan finala çıxan olsa, gecə saat 01:34-də medallar üçün yarışacaq.
50 metr məsafəyə atıcılıq yarışlarında Yelena Taranova hədəfi nişan almağa çalışacaq. Atıcılıq yarışları saat 19:00-da başlayacaq. Final mübarizəsi isə 21:45-də start götürəcək.
Kişilərin 100 metr məsafəyə qaçışında Elmir Cəbrayılov hamıdan sürətli olmağa çalışacaq. Azərbaycanlı paralimpiadaçı finala vəsiqə qazanarsa, sentyabrın 16-da gecə saat 01:10-da yenidən start xəttinə çıxacaq. Daha bir atlet Hüseyn Həsənov isə uzunluğa tullanma yarışlarında iştirak edəcək. Çıxışlar saat 01:23-dən başlayacaq.
Elşən Hüseynov isə pauerliftinqdə medalçılar sırasına düşmək üçün mübarizə aparacaq. Saat 17:00-da E.Hüseynovun yarışı başlayacaq. Final çıxışları saat 23:00-da olacaq.
Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında hələlik 8 medal (1 qızıl, 5 gümüş və 2 bürünc) qazanıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.