Aktyor Bəhram Bağırzadə Fransaya yola düşür.
GSR.fm-in Axşam.az-a istinadən verdiyi məlumata görə, aktyor səfərinin işlə bağlı olduğunu bildirib:
“Fransada reklama çəkiləcəm. Mənimlə birlikdə çarxda tanınmış fransız aktyoru da rol alacaq. Bu, məşhur fransız brendinin tanıtım reklamıdır. Oradan qayıtdıqdan sonra isə bir filmin çəkilişinə başlayacağıq. Ekran işinin rejissoru Emil Quliyev olacaq. İlk dəfə özümü prodüser kimi sınayacam”.
1 şərh